main-post-cover

    Xiaomi 14 Pro-nun ekranı barəsində ətraflı məlumatlar verilib

    Cihazlar+
    03.10.2023
    Emil Nəcəfov
        Xiaomi 14 Pro flaqman smartfonu barəsində məlumatlar internetdə ortaya çıxmağa davam edirlər. Bu dəfə insayderlər sözügedən smartfonun ekranı barəsində ətraflı məlumatları paylaşıblar. Beləliklə onların sözlərinə əsasən Xiaomi 14 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym LTPO AMOLED ekranla təchiz olunacaq. Ekranın kənar hissələri bir qədər əyilmiş dizaynda reallaşdırılacaq. Ekranın maksimal parlaqlıq səviyyəsi isə 300 nit təşkil edəcək.
        Üstəlik məlumatda qeyd edilib ki, ekran Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunacaq. Şirkət ekranda HDR10+, Dolby Vision texnologiyalarının dəstəklərini reallaşdırıb. Digər texniki imkanlara gəldikdə isə Xiaomi 14 Pro Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışmalı və özündə 50 MP + 50 MP + 50 MP üçlü arxa kamera ilə 120 vatt gücündə sürətli şarj texnologiyalı 4500-5000 mAh enerji tutumlu batareyanı birləşdirməlidir. Xiaomi 14 smartfon seriyasının gələn ayın ortasına kimi təqdim ediləcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər