Logo
    main-post-cover

    Xiaomi 14 Pro-nun əsas arxa kamerası barəsində yeni məlumat verilib

    Cihazlar+
    15.05.2023
        Digital Chat Station ləqəbli məşhur insayder Xiaomi 14 smartfon seriyası barəsində məlumat verməyə davam edir. Onun sözlərinə əsasən şirkət Xiaomi 14 Pro-nun prototipinin əsas arxa kamerasında 1/1.28"  ölçülü kamera sensorundan istifadə edir. Nəzərə alsaq ki, Xiaomi 13 Pro-nun əsas arxa kamerasında 1” düym ölçülü Sony IMX989 adlı kamera sensorundan istifadə edilir.
        Xiaomi 14 Pro-nun əsas arxa kamerasının ondan geri qalacağını güman etmək olar. İnsayderin sözlərinə əsasən bunun əsas səbəbi Xiaomi 14 Pro-ya 3.5 qat zoom-lu periskop kamera obyektivinin inteqrasiya edilməsidir. Lakin Xiaomi 13 Pro-da reallaşdırılmış teleobyektiv ilə müqayisədə Xiaomi 14 Pro-da periskop kameranın olmasını da şirkətin bir addım geri atması kimi qəbul etmək olar. Xiaomi 14 smartfon seriyasının bu ilin sonuna yaxın təqdim olunacağı gözlənilir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Xiaomi 14 Pro-nun əsas arxa kamerası barəsində yeni məlumat verilib | Technote