Logo
    main-post-cover

    Xiaomi 14 Pro-nun keyfiyyətli render fotoları təqdim edilib

    Cihazlar+
    13.10.2023
    Emil
         OnLeaks ləqəbli məşhur insayder 91mobiles saytı ilə birlikdə Xiaomi 14 Pro flaqman smartfonunun keyfiyyətli render fotolarını təqdim edib. Təqdim edilmiş fotolardan da görmək olar ki, Xiaomi 14 Pro xarici görünüşcə hal hazırda aktual olan Xiaomi 13 Pro-dan bir qədər fərqlənəcək. Yeni smartfon yastı kənar hissələrə sahib gövdəni və 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.6 düym yastı ekranı əldə edəcək.
         Smartfonun arxa panelində kvadrat formalı kamera sahəsi yerləşəcək. Həmin kamera sahəsinin daxilində isə 4 ədəd kamera obyektivi və ikili LED işıqlandırma sistemi mövcud olacaq. Məlumatda qeyd edilib ki, Xiaomi 14 Pro smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə 120 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Son məlumat sızıntılarına əsasən Xiaomi 14 smartfon seriyası bu ayın sonunda təqdim olunacaq.
    Paylaş