
Xiaomi 14 Pro-nun peyk rabitəsi dəstəkli xüsusi verisyası hazırlanır
Xiaomi artıq yaxın zamanda Xiaomi 13T smartfon seriyasını təqdim etməlidir. Lakin bununla yanaşı şirkət Xiaomi 14 smartfon seriyası üzərində də aktiv şəkildə çalışır. İndi isə bu seriyaya daxil olacaq Xiaomi 14 Pro barəsində yeni məlumatlar verilib. Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu məlumatlara əsasən Xiaomi 14 Pro modelinin xüsusi versiyasının təqdimatı planlaşdırılır.
İnsayder bildirib ki, Xiaomi 14 Pro-nun xüsusi versiyası titan ərintisi ilə keramikadan hazırlanmış gövdəni özündə birləşdirəcək. Bununla yanaşı xüsusi versiyanın ekranı nanokeramikadan hazırlanmış qoruyucu örtük ilə əhatə olunacaq. İnsayderin sözlərinə əsasən Xiaomi 14 Pro-nun xüsusi versiyasının əsas fərqləndirici özəlliyi ondan ibarət olacaq ki, o, peyk rabitəsi funksiyasına sahib olacaq. Qeyd etmək lazımdır ki, Xiaomi 14 smartfon seriyasının payız fəslində təqdim ediləcəyi gözlənilir.
Paylaş
Bənzər xəbərlər