
Xiaomi 14 Pro-nun render fotoları təqdim edilib
Cihazlar+
27.09.2023
Emil
TechGoing saytı hələ təqdim edilməmiş Xiaomi 14 Pro flaqman smartfonunun qoruyucu keys daxilində əks olunmuş fotolarını təqdim edib. Əgər təqdim edilmiş fotolar həqiqəti əks etdirirlərsə, artıq indidən sözügedən smartfonun dizaynını qiymətləndirmək olar. Fotolardan da görmək olar ki, Xiaomi 14 Pro smartfonu arxa paneldən kvadrat formalı kamera sahəsini əldə edəcək və bu sahə özündə dörd ədəd kamera obyektivini birləşdirəcək.

Ön paneldən isə smartfon yastı ekranı əldə edəcək və ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. İnsayderlərin sözlərinə əsasən Xiaomi 14 Pro həmçinin özündə titan materialdan hazırlanmış gövdə ətrafı çərçivəni də birləşdirəcək. Lakin bu məlumat hələ təsdiqlənməyib. Son məlumat sızıntılarına əsasən Xiaomi 14 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli AMOLED ekranla təchiz olunacaq və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Xiaomi 14 smartfon seriyasının gələn ay təqdim ediləcəyi gözlənilir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
