Logo
    main-post-cover

    Xiaomi 14 Pro-nun render fotosu təqdim edilib

    Cihazlar+
    30.05.2023
    Emil
        Xiaomi tərəfindən hazırlanan Xiaomi 14 smartfon seriyasının bu ilin sonunda təqdim olunacağı gözlənilir. Bu seriyaya Xiaomi 14 və Xiaomi 14 Pro smartfonları daxil olacaqlar. İndi isə Ice Universe ləqəbli məşhur insayder Xiaomi 14 Pro-nun render fotosunu təqdim edib. Təqdim edilmiş render fotoda smartfonun ön paneli əks olunub. Fotodan da görmək olar ki, Xiaomi 14 Pro kənarları əyilmiş ekrana sahib ola bilər.
        Bununla belə smartfonun ekran ətrafı çərçivələri maksimal dərəcədə nazik olacaqlar. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. Texniki özəliklər baxımından Xiaomi 14 Pro-nun Snapdragon 8 Gen 3 prosessoru və 120 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir. Bununla yanaşı smartfon 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyini də əldə edə bilər.
    Paylaş
    Bənzər xəbərlər