Logo
    main-post-cover

    Xiaomi 14 Pro-nun vacib özəlliklərindən biri məlum olub

    Cihazlar+
    27.09.2023
    Emil
        Xiaomi şirkəti yaxın zamanda Xiaomi 14 flaqman smartfon seriyasını təqdim etməlidir. Bu seriyaya daxil olacaq modellərdən biri də Xiaomi 14 Pro olacaq. Sözügedən model barəsində məlumatlar isə internetdə ortaya çıxmağa davam edirlər. Məlum olub ki, Xiaomi 14 Pro smartfonu Çinin 3C adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb.
        Bunun sayəsində məlum olub ki, Xiaomi 14 Pro modeli 120 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, adi Xiaomi 14 modeli 90 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. Bundan əlavə olaraq son məlumat sızıntılarına əsasən Xiaomi 14 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranla təchiz olunacaq və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq.
    Paylaş
    Bənzər xəbərlər