
Xiaomi 14 Pro qlobal bazarda satışa çıxmaya bilər
Cihazlar+
14.12.2023
Emil
Xiaomi şirkəti oktyabr ayında Çində Xiaomi 14 və Xiaomi 14 Pro smartfonlarını təqdim etmişdi. Yaxın zamanda isə Xiaomi 14 smartfon seriyasının qlobal bazarda təqdim olunacağı gözlənilir. Ortaya çıxmış yeni məlumata əsasən bu seriyaya daxil olan Xiaomi 14 Pro modeli qlobal bazarda satışa çıxmaya bilər. Məsələ burasındadır ki, şirkət artıq müəyyən müddətdir ki, Xiaomi 14 üçün HyperOS-in qlobal versiyası üzərində çalışır. Lakin şirkətin serverlərində Xiaomi 14 Pro üçün HyperOS-in qlobal versiyası yoxdur. Bu isə şirkətin Xiaomi 14 Pro-nu qlobal bazarda satışa çıxartmamağı planlaşdırdığına işarə edir. Bu halda Xiaomi 14 Pro eksklüziv olaraq yalnız Çin bazarında satılacaq.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
