Logo
    main-post-cover

    Xiaomi 14 Pro titan materialdan hazırlanmış gövdəyə sahib ola bilər

    Cihazlar+
    01.08.2023
    Emil
        Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, iPhone 15 smartfon seriyasına daxil olacaq iPhone 15 Pro iPhone 15 Pro Max modelləri titan materialdan hazırlanmış gövdəyə sahib olacaqlar. Keçən həftənin sonunda Ice Universe ləqəbli məşhur insayder həmçinin qeyd etmişdi ki, titan materialdan hazırlanmış gövdəni Galaxy S24 Ultra modeli də əldə edəcək. İndi isə həmin insayder daha hansı smartfonun titan gövdəyə sahib olacağını açıqlayıb. Onun sözlərinə əsasən ilin sonuna yaxın təqdim olunacaq Xiaomi 14 smartfon seriyasına daxil olacaq Xiaomi 14 Pro modeli titan materialdan hazırlanmış gövdəni əldə edəcək. Xiaomi 14 Pro-nun gövdəsinin tamamı və ya yalnız çərçivələrinin titan materialdan olacağı məlum deyil.
    Paylaş
    Bənzər xəbərlər