
Xiaomi 14 Pro+ smartfonunun fərqləndirici özəlliyi məlum olub
Keçən həftədən başlayaraq mütəmadi şəkildə ortaya çıxan məlumatlara əsasən bu ilin sonunda təqdim ediləcək Xiaomi 14 smartfon seriyasına daha bir model daxil olacaq. Söhbət, Xiaomi 14 Pro+ modelindən gedir. Bu modelin tamamilə fərqli ada sahib olacağı da istisna deyil. Gözləntilərə əsasən sözügedən model Xiaomi 14 Pro ilə gələn il təqdim ediləcək Xiaomi 14 Ultra arasındakı boşluğu dolduracaq. Xiaomi 14 Pro+ modelinin Xiaomi 14 Pro-dan nə ilə fərqlənəcəyi barəsində dəqiq bir məlumat yoxdur.
Bəzi şayiələrə əsasən smartfon titan materialdan hazırlanmış gövdəsi ilə seçiləcək. Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi yeni məlumata əsasən Xiaomi 14 Pro+ smartfonunun digər bir fərqləndirici özəlliyi peyk rabitəsinin dəstəyi ola bilər. Qeyd etmək lazımdır ki, öz smartfonlarında bu cür imkanı hələ ki, Apple ilə Huawei təqdim edir. Xiaomi 14 Pro+ ilə bağlı olan məlumatın doğru olacağı halda onun tamamilə yeni bir smartfon deyil, sadəcə Xiaomi 14 Pro-nun bir qədər təkmilləşdirilmiş versiyası olacağı fikri yaranır.
Paylaş
Bənzər xəbərlər