
Xiaomi 14 rekord dərədəcə nazik ekran çərçivələrinə sahib olacaq
Xiaomi bu ilin sonuna yaxın gözlənilən Xiaomi 14 smartfon seriyası üzərində çalışmağa davam edir. Digital Chat Station ləqəbli məşhur insayderin verdiyi məlumata əsasən o, hələ təqdim olunmamış Xiaomi 14-ü artıq görüb və müsbət təəssürat altında qalıb. İnsayderin sözlərinə əsasən Xiaomi 14 mobil cihazlar bazarında ən nazik ekran ətrafı çərçivələri əldə edəcək.
“Xiaomi 14-ə kimi məni heç bir Android smartfon dizayn baxımından təəccübləndirə bilməyib. Xiaomi 14-ün satışa çıxmasından sonra mən ola bilsin ki, digər smartfonlar barəsində az maraqlanmağa başladım. Xiaomi 14 yeni standartı təyin edəcək və digər smartfonlar bu istiqamətdə yaxşılaşmağa məcbur olacaqlar. Əks halda insanlar həmin smartfonlarla maraqlanmayacaqlar. Mən, Xiaomi 14-ü görmüşəm və mənə elə gəlir ki, digər smartfonların çərçivələri çox genişdirlər” - deyə insayder qeyd edib.
Paylaş
Bənzər xəbərlər