
Xiaomi 14 smartfon seriyasının qlobal versiyasının təqdimatı anons edilib
Cihazlar+
06.02.2024
Emil
Xiaomi şirkəti Xiaomi 14 smartfon seriyasının qlobal versiyasının təqdimatını anons edib. Şirkətin rəsmi məlumatına əsasən Xiaomi 14 smartfon seriyasının qlobal versiyası 25 fevral tarixində MWC 2024 sərgisi çərçivəsində təqdim ediləcək. GSMarena saytının vermiş olduğu məlumata əsasən seriyanın qlobal versiyasına Xiaomi 14 Pro daxil olmayacaq. Məlumatda qeyd edilib ki, onun yerinə şirkət adi Xiaomi 14 ilə birlikdə Xiaomi 14 Ultra-nı təqdim edəcək. Beləliklə Xiaomi 14 Pro eksklüziv olaraq Çin bazarı üçün qalacaq.

Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
