
Xiaomi 14 smartfon seriyasının təqdimat tarixi açıqlanıb
Cihazlar+
12.10.2023
Emil
Xiaomi şirkəti hal hazırda Xiaomi 14 smartfon seriyasının təqdimatına hazırlaşır. Görünür, bu smartfon seriyasının təqdimatı artıq çox yaxındır. Belə ki, insayderlər Xiaomi 14 smartfonlarının nə zaman təqdim olunacaqları barəsində dəqiq tarixi açıqlayıblar. Beləliklə insayderlərin sözlərinə əsasən Xiaomi 14 smartfonları 27 oktyabr tarixində təqdim olunacaqlar. Əgər bu məlumat doğrudursa, şirkət yaxın günlərdə Xiaomi 14-ün tizer materiallarını bölüşməyə başlamalıdır. Qeyd etmək lazımdır ki, sözügedən smartfon seriyasına Xiaomi 14 ilə yanaşı Xiaomi 14 Pro da daxil olacaq. Hər iki smartfonun Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
