Logo
    main-post-cover

    Xiaomi 14 smartfonları hansı həcmdə batareyalar ilə təchiz olunacaqlar?

    Cihazlar+
    04.07.2023
    Emil
        Xiaomi hal hazırda Xiaomi 14 flaqman smartfon seriyası üzərində çalışmağa davam edir. Digital Chat Station ləqəbli məşhur insayder isə sözügedən smartfon seriyası barəsində yeni məlumatı təqdim edib. Onun sözlərinə əsasən Xiaomi 13 smartfonları ilə müqayisədə Xiaomi 14 smartfonlarının batareyalarının həcmləri yüksələcək. Belə ki, adi Xiaomi 14 modeli 4860 mAh, Xiaomi 14 Pro modeli isə 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Hər iki smartfon 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyinə sahib olacaq.
        Sürətli naqilli şarj texnologiyasına gəldikdə isə adi Xiaomi 14 modeli 90 vatt gücündə, Xiaomi 14 Pro modeli isə 120 vatt gücündə sürətli naqilli şarj texnologiyasını dəstəkləyəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, adi Xiaomi 13 modeli 4500 mAh, Xiaomi 13 Pro modeli isə 4820 mAh enerji tutumlu batareya ilə təchiz olunur. Daha öncəki məlumat sızıntılarına əsasən Xiaomi 14 smartfonları Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaqlar. Xiaomi 14 smartfon seriyasının bu ilin sonuna yaxın təqdim olunmalıdır.
    Paylaş
    Bənzər xəbərlər