Logo
    main-post-cover

    Xiaomi 14 smartfonları Leica-nın yeni kamera obyektivini əldə edəcəklər

    Cihazlar+
    18.10.2023
    Emil
         Xiaomi şirkəti artıq yaxın zamanda öz növbəti flaqman smartfon seriyasını təqdim edəcək. Söhbət, Xiaomi 14 smartfon seriyasından gedir. Xiaomi pərəstişkarları yeni flaqman smartfon seriyasında Leica kameralarının təkmilləşdirilməsini gözləyirlər. İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən həm Xiaomi 14 həm də Xiaomi 14 Pro Leica şirkətinin Summilux adlı yeni kamera obyektivini əldə edəcəklər.
         İnsayderlərin sözlərinə əsasən sözügedən kamera obyektivi Leica şirkətinin indiyənə kimi hazırladığı kamera obyektivləri arasında ən yaxşısıdır. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində bildirib ki, Leica-nın yeni kamera obyektivi ultra geniş diafraqmaya və böyük ölçülü kamera sensoruna sahib olacaq. Qeyd etmək lazımdır ki, son məlumat sızıntılarına əsasən Xiaomi 14 smartfonları 50 MP + 50 MP + 50 MP üçlü arxa kamera ilə təchiz olunacaqlar.
    Paylaş