Xiaomi 14 smartfonlarının əsas arxa kameraları barəsində məlumat verilib

Xiaomi 14 smartfonlarının əsas arxa kameraları barəsində məlumat verilib

Mobil Cihazlar
04.05.2023 PAYLAŞIM

    Xiaomi artıq növbəti flaqman smartfon seriyası üzərindfə aktiv çalışmağa başlayıb. Söhbət, Xiaomi 14 smartfon seriyasından gedir. Sözügedən seriyaya adi Xiaomi 14 ilə Xiaomi 14 Pro-nun da daxil olacağı gözlənilir. Digital Chat Station ləqəbli məşhur insayder isə öz növbəsində hər iki smartfonun əsas arxa kamerası barəsində məlumatlar verib. İnsayderin sözlərinə əsasən şirkət adi Xiaomi 14 modelində 1/1.28" ölçülü 50 MP-lik kamera sensorunu test edir. İnsayder bildirib ki, söhbət, Sony IMX707 adlı kamera sensorundan getmir.

    O qeyd edib ki, smartfonda tamamilə yeni kamera sensoru istifadə ediləcək. Xiaomi 14 Pro-ya gəldikdə isə məlumatda qeyd edilib ki, o, Sony IMX9xx adlı 1" düym ölçülü kamera sensorunu əldə edəcək. Kamera sensorunun adının tam açıqlanmaması nəticəsində Xiaomi 14 Pro-nun dəqiq şəkildə hansı əsas arxa kamera obyektivini əldə edəcəyini söyləmək çətindir. Variantlardan biri kimi Sony IMX989 adlı 50 MP-lik kamera sensoru ola bilər. Lakin smartfonun tamamilə yeni kamera sensorunu əldə edəcəyi də istisna deyil. Qeyd etmək lazımdır ki, Xiaomi 14 smartfon seriyasının ilin sonunda təqdim olunacağı gözlənilir.




DAHA ÇOX


AnTuTu istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonla..

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reyt..


Xiaomi 13 Ultra-nın qlobal versiyasının satış tarixi ilə qiyməti məlum olub..

Xiaomi şirkəti aprel ayında Xiaomi 13 Ultra flaqman smartfonunu Çin bazarında təqdim etmişdi.


Xiaomi qatlana bilən qapaqlı smartfon üzərində çalışır

Çindən olan şirkətlər artıq müəyyən müddətdir ki, özlərinin qatlana bilən smartfonlarını istehsal ed..


Büdcəli Redmi 12 smartfonunun bəzi texniki özəllikləri təsdiqlənib

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi Avropa bazarında Red..


Samsung Galaxy F54 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Samsung şirkəti daha öncədən də söz verdiyi kimi bugün Hindistanda Galaxy F54 5G smartfonunu təqdim ..


Orta büdcəli OnePlus Nord N30 5G təqdim edilib - QİYMƏTİ

OnePlus şirkəti Nord seriyasının yeni modelini təqdim edib. Söhbət, OnePlus Nord N30 5G-dən gedir...

×