
Xiaomi 14 smartfonunun ilk fotosu təqdim edilib
Ice Universe ləqəbli məşhur insayder Xiaomi 14-ün ilk fotosunu təqdim edib. Təqdim edilmiş fotoda smartfonun ön paneli əks olunub. Fotodan da görmək olar ki, Xiaomi 14-ün ekran ətrafı çərçivələri maksimal dərəcədə nazik olacaqlar. Smartfonun sağ hissəsində ənənəvi idarəetmə düymələri yerləşəcək. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. Onu da qeyd etmək lazımdır ki, ekran yastı formada olacaq. Böyük ehtimal ilə Xiaomi 14 Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Xiaomi 14 smartfon seriyasının ilin sonunda təqdim ediləcəyi gözlənilir.
Paylaş
Bənzər xəbərlər