
Xiaomi 14 təqdimata az qalmış Geekbench testlərindən keçib
Artıq rəsmi şəkildə məlumdur ki, Xiaomi 14 smartfon seriyası 26 oktyabr tarixində təqdim olunacaq. İndi isə məlum olub ki, bu seriyaya daxil olacaq adi Xiaomi 14 modeli təqdimata az müddət qalmış Geekbench 5 testlərindən keçib. Geekbench testlərindən smartfonun 16 GB RAM-a sahib versiyası keçib. Lakin bununla belə smartfonun 8/12 GB RAM-a sahib versiyalarının da olacağı gözlənilir. Heç şübhəsiz smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Geekbench məlumatlarında qeyd edilib ki, prosessor Cortex-X4, Cortex-A720 və Cortex-A520 nüvələrini əldə edəcək. Beləliklə Xiaomi 14 smartfonu Geekbench 5-in bir nüvəli testi çərçivəsində 1698 xal, çox nüvəli testi çərçivəsində isə 6260 xal toplayıb.
Paylaş