Logo
    main-post-cover

    Xiaomi 14 Ultra Avrasiya regionu üzrə sertifikatlaşdırılıb

    Cihazlar+
    27.10.2023
         Xiaomi şirkəti dünən Xiaomi 14 Xiaomi 14 Pro smartfonlarını təqdim etdi. Gələn il isə Xiaomi 14 Ultra-nın təqdim olunacağı gözlənilir. Məlum olub ki, sözügedən smartfon Avrasiya İqtisadi Komissiyasının (AİK) məlumatlar bazasında ortaya çıxıb. Smartfon AİK-də 24030PN60G model nömrəsi ilə qeydiyyatdan keçib. Model nömrəsinin ilk iki rəqəmi 2024-cü ilə, 03 hissəsi smartfonun potensial olaraq mart ayında təqdim oluna biləcəyinə, G hərfi isə global versiyaya işarə edir. Xiaomi 14 Ultra ilə yanaşı İAK-da həmçinin Redmi-nin 23129RN51X model nömrəli smartfonu da qeydiyyatdan keçib. Sözügedən smartfonun Redmi 13C olduğu güman olunur.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Xiaomi 14 Ultra Avrasiya regionu üzrə sertifikatlaşdırılıb | Technote