
Xiaomi 14 Ultra barəsində bəzi yeni məlumatlar verilib
Cihazlar+
06.11.2023
Emil
Gələn il Xiaomi 14 Ultra flaqman smartfonunun təqdimatı gözlənilir. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində sözügedən smartfon barəsində bəzi məlumatları təqdim edib. İnsayderin sözlərinə əsasən Xiaomi 14 Ultra gələn ilin mart ayının sonuna kimi təqdim ediləcək. Məlumata əsasən şirkət bu smartfonda əsas diqqətini kameralarla yanaşı ekrana da ayıracaq. İnsayder bildirib ki, smartfon yastı görünüşə sahib ekranı əldə edəcək. Lakin əldə ekran kənarları əyilmiş ekran hissini verəcək. Kameralara gəldikdə isə Xiaomi 14 Ultra-nın əsas arxa kamerası özündə Sony LYT900 kamera sensorunu birləşdirəcək. Bu, Xiaomi 13 Ultra-nın əsas arxa kamerasında istifadə edilən Sony IMX989 kamera sensorunun təkmilləşdirilmiş versiyasıdır.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
