main-post-cover

    Xiaomi 14 Ultra Geekbench testlərindən keçib

    Cihazlar+
    19.02.2024
    Emil Nəcəfov
         Xiaomi artıq rəsmi şəkildə elan edib ki, Xiaomi 14 Ultra flaqman smartfonu 22 fevral tarixində Çində təqdim olunacaq. İndi isə onun Geekbench testlərindən keçdiyi məlum olub. Geekbench testləri sayəsində smartfonun bəzi texniki özəllikləri təsdiqlənib. Beləliklə Geekbench məlumatlarına əsasən Xiaomi 14 Ultra smartfonu Snapdragon 8 Gen 3 prosessoru ilə təchiz olunub. Geekbench testlərindən smartfonun 16 GB RAM-a sahib versiyası keçib. Bununla yanaşı təsdiqlənib ki, smartfon qutudan Android 14-ü əldə edəcək. Xiaomi 14 Ultra Geekbench-in bir nüvəli testi çərçivəsində 2134 xal, çox nüvəli testi çərçivəsində isə 6942 xal toplayıb. Qeyd etmək lazımdır ki, Xiaomi 14 Ultra-nın qlobal versiyasının 25 fevral tarixində MWC 2024 sərgisi çərçivəsində təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi Pad 6S Pro planşetinin təqdimatı elan edilib
    xiaomi-pad-6s-pro-plansetinin-teqdimati-elan-edilib
    Xiaomi 14 Ultra-nın təqdimatı rəsmi şəkildə anons edilib
    xiaomi-14-ultra-nin-teqdimati-resmi-sekilde-anons-edilib
    Redmi Note 11-in qlobal versiyası yaxın zamanda HyperOS-i əldə edəcək
    redmi-note-11-in-qlobal-versiyasi-yaxin-zamanda-hyperos-i-elde-edecek
    Xiaomi şirkəti Arm ilə birlikdə yeni prosessoru üzərində çalışır
    xiaomi-sirketi-arm-ile-birlikde-yeni-prosessoru-uzerinde-calisir
    Yeni render fotolarda Xiaomi 14 Ultra-nın həm arxa həm də ön paneli əks olunub
    yeni-render-fotolarda-xiaomi-14-ultra-nin-hem-arxa-hem-de-on-paneli-eks-olunub