main-post-cover

    Xiaomi 14 Ultra iki versiyada təqdim oluna bilər

    Cihazlar+
    15.01.2024
    Emil Nəcəfov
         Son zamanlarda Xiaomi 14 Ultra barəsində mütəmadi olaraq məlumatlar ortaya çıxır. Bu isə smartfonun yaxın aylar ərzində təqdim olunacağına işarə edir. Bir neçə müddət bundan öncə Geekbench bençmarkının məlumatlar bazasında Xiaomi Suiren kod adına sahib cihaz ortaya çıxdı. GSMChina saytının əməkdaşları aşkar etdilər ki, sözügedən kod adı məhz Xiaomi 14 Ultra-ya aiddir. Digər tərəfdən Xiaomi şirkətinin daxilində Xiaomi 14 Ultra həmçinin aurora aurorapro kod adlarına da sahibdir.
         GSMChina saytı belə bir qənaətə gəlib ki, Xiaomi 14 Ultra iki versiyada təqdim olunacaq. Təqdim olunacaq iki versiyadan birində ön kamera ekranın alt hissəsinə yerləşdiriləcək. Digər versiya isə ön kamera üçün ənənəvi ekran çıxıntısını əldə edəcək. Qeyd etmək lazımdır ki, ekranın alt hissəsinə yerləşdirilən ön kamera texnologiyası Xiaomi üçün yenilik deyil. Belə ki, 2021-ci ildə təqdim edilmiş Xiaomi Mix 4 smartfonunda da ön kamera ekranın alt hissəsinə yerləşdirilib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi Pad 7 və Pad 7 Max planşetləri barəsində yeni məlumatlar verilib
    xiaomi-pad-7-ve-pad-7-max-plansetleri-baresinde-yeni-melumatlar-verilib
    Xiaomi kompakt ölçülü yeni power bankını satışa çıxarıb - QİYMƏTİ
    xiaomi-kompakt-olculu-yeni-power-bankini-satisa-cixarib-qiymeti
    Xiaomi Civi 4-ün güman olunan bəzi texniki göstəriciləri ortaya çıxıb
    xiaomi-civi-4-un-guman-olunan-bezi-texniki-gostericileri-ortaya-cixib
    Xiaomi 14 Ultra-nın dizaynı barəsində məlumatlar verilib
    xiaomi-14-ultra-nin-dizayni-baresinde-melumatlar-verilib
    Yaxın zamanda POCO F seriyasının yeni smartfonlarını gözləmək lazım deyil
    yaxin-zamanda-poco-f-seriyasinin-yeni-smartfonlarini-gozlemek-lazim-deyil