
Xiaomi 14 Ultra-nın batareya həcmi açıqlanıb
Cihazlar+
30.11.2023
Emil
Digital Chat Station ləqəbli məşhur insayder dünən Xiaomi 14 Ultra smartfonunun kameraları barəsində məlumat vermişdi. İndi isə insayder sözügedən smartfonun batareyası barəsində məlumatları təqdim edib. İnsayderin sözlərinə əsasən şirkət tərəfindən test edilən Xiaomi 14 Ultra prototiplərində batareya həcmi 5180 mAh-a yüksəldilib. Qeyd etmək lazımdır ki, hal hazırda aktual olan Xiaomi 13 Ultra smartfonu 5000 mAh enerji tutumlu batareyaya sahibdir. Bununla yanaşı məlumatda qeyd edilib ki, test edilən Xiaomi 14 Ultra prototipləri 90 vatt gücündə naqilli şarj texnologiyasını və 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyirlər. Yəni sürətli şarj texnologiyalarının göstəricilərində bir dəyişiklik yoxdur.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
