
Xiaomi 14 Ultra-nın dizaynı barəsində məlumatlar verilib
Cihazlar+
12.01.2024
Emil
Xiaomi şirkətinin yaxın zamanda Xiaomi 14 Ultra flaqman smartfonunu təqdim edəcəyi gözlənilir. Digital Chat Station ləqəbli məşhur insayder isə öz növbəsində sözügedən smartfon barəsində məlumatlar verməyə davam edir. Beləliklə insayderin təqdim etmiş olduğu yeni məlumata əsasən Xiaomi 14 Ultra smartfonu kənarları əyilmiş dizaynda reallaşdırılmış ekrandan məhrum olacaq. Bunun yerinə smartfon yastı ekranı əldə edəcək və onun gövdə ətrafı çərçivəsi metal materialdan hazırlanacaq. İnsayder həmçinin qeyd edib ki, smartfonun arxa panelindəki kamera sahəsi dairəvi olaraq qalacaq.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
