Logo
    main-post-cover

    Xiaomi 14 Ultra-nın əsas fərqləndirici özəlliklərindən biri məlum olub

    Cihazlar+
    11.07.2023
    Emil
        Xiaomi hal hazırda Xiaomi 14 smartfon seriyası üzərində çalışır. Bu seriyaya Xiaomi 14 və Xiaomi 14 Pro modelləri daxil olacaqlar. Xiaomi 14 seriyasının bu ilin sonuna yaxın təqdim olunacağı gözlənilir. Lakin güman edilir ki, şirkət gələn il həmçinin Xiaomi 14 Ultra-nı da təqdim edəcək. İndi isə insayderlər Xiaomi 14 Ultra-nın əsas fəqləndirici özəlliklərindən biri barəsində məlumat veriblər. İnsayderlərin sözlərinə əsasən şirkət Xiaomi 14 Ultra-da şüşə və keramik gövdəyə geri dönüş edəcək.
        Xiaomi daha əvvəllər də öz flaqman smartfonlarında keramik gövdədən istifadə edirdi və bu cür gövdə istifadəçilər arasında məşhur idi. Qeyd etmək lazımdır ki, Xiaomi 12S Ultra ilə Xiaomi 13 Ultra modelləri öz texniki göstəriciləri üzrə istifadəçilərin rəğbətlərini qazansalar da, onların arxa panellərinin süni dəridən təşkil olunmaları mənfi fikirlərə səbəb olmuşdu. Yeni məlumata əsasən isə Xiaomi 14 Ultra-da bu mənfi cəhət aradan qaldırılacaq. Bununla yanaşı Digital Chat Station ləqəbli məşhur insayder bildirib ki, gələn il daha çox istehsalçı öz smartfonlarında şüşə və keramik gövdəyə geri dönüş edəcək.
    Paylaş
    Bənzər xəbərlər