Logo
    main-post-cover

    Xiaomi 14 Ultra-nın ilk render fotoları təqdim edilib

    Cihazlar+
    29.01.2024
    Emil
         Heç kim üçün sirr deyil ki, Xiaomi şirkəti yaxın aylar ərzində Xiaomi 14 Ultra flaqman smartfonunu təqdim edəcək. Son zamanlarda sözügedən smartfon barəsində çoxlu sayda məlumat ortaya çıxıb. İndi isə insayderlər Xiaomi 14 Ultra-nın ilk render fotolarını təqdim ediblər. Təqdim edilmiş render fotolarda Xiaomi 14 Ultra-nın arxa paneli əks olunub. Render fotolardan da görmək olar ki, smartfon minimum iki gövdə rəngində satışa çıxacaq. Ağ və mavi.
         Bununla yanaşı Xiaomi 13 Ultra-da olduğu kimi Xiaomi 14 Ultra-nın da arxa panelində böyük ölçülü dairəvi kamera sahəsi yerləşəcək. Görmək olar ki, kamera sahəsinin daxilində 4 ədəd kamera obyektivi və LED işıqlandırma mövcud olacaq. Son məlumat sızıntılarına əsasən smartfon 2K keyfiyyətli OLED ekran ilə təchiz olunacaq və ekranın kənar hissələri əyilmiş dizaynda reallaşdırılacaq. Bununla yanaşı Xiaomi 14 Ultra-nın Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı gözlənilir.
    Paylaş