
Xiaomi 14 Ultra-nın müxtəlif komponentlərinin dəyişilməsi hansı qiymətə başa gələcək?
Cihazlar+
29.02.2024
Emil
Xiaomi 14 Ultra-nın həm Çində həm də qlobal bazarda təqdimatı artıq baş tutub. Smartfonun Çin bazarında qiyməti 900$, qlobal bazarda qiyməti isə 1500 avro təşkil edəcək. Bu cür yüksək satış qiymətinə sahib smartfonun təmiri də ucuz başa gəlməyəcək. Xiaomi öz növbəsində Xiaomi 14 Ultra-nın müxtəlif hissələrinin təmirinin hansı qiymətə başa gələcəyini açıqlayıb. Adətən yüksək satış qiymətinə sahib smartfonlarda ən bahalı komponent ekran hesab edilir. Lakin Xiaomi 14 Ultra-da bu belə deyil. Sözügedən smartfonun müxtəlif komponentlərinin təmirinə sərf ediləcək vəsaitlərin siyahısı aşağıda qeyd olunub.
- Ekranın dəyişilməsi - 188$
- Ana platanın dəyişilməsi - 12 GB RAM + 256 GB yaddaş versiyası üçün 380$, 16 GB RAM + 512 GB yaddaş versiyası üçün 400$, 16 GB RAM + 1 TB yaddaş versiyası üçün isə 421$.
- Əsas arxa kameranın dəyişilməsi - 139$
- Ultra geniş bucaqlı kameranın dəyişilməsi - 68$
- Telekameraların dəyişilməsi - 25$
- Ön kameranın dəyişilməsi - 8$
- Batareyanın dəyişilməsi - 25$
- Arxa qapağın dəyişilməsi - 40$
- Səsgücləndiricinin dəyişilməsi - 4$.
Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
