
Xiaomi 14 Ultra-nın potensial şarj gücü barəsində məlumat ortaya çıxıb
Cihazlar+
16.10.2023
Emil
Xiaomi şirkəti artıq bu ay Xiaomi 14 smartfon seriyasını təqdim etməlidir. Ənənəyə sadiq qalaraq şirkət gələn il Xiaomi 14 Ultra modelini də təqdim etməlidir. İndi isə məlum olub ki, Çinin sertifikatlaşdırma agentliklərindən birində 100 vatt gücündə şarj adapteri qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş şarj adapterinin hansı smartfon üçün nəzərdə tutulduğu bilinmir. Lakin insayderlərin sözlərinə əsasən böyük ehtimal ilə o, Xiaomi 14 Ultra üçün nəzərdə tutulub.
Qeyd etmək lazımdır ki, hal hazırda aktual olan Xiaomi 13 Ultra modeli 90 vatt gücündə sürətli şarj texnologiyasını və 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Xiaomi 14 Ultra-nın 100 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcəyi halda o bu mövzuda Xiaomi 13 Ultra-dan o qədər də irəlidə olmayacaq. Bundan əlavə olaraq bəzi məlumatlara əsasən Xiaomi 14 Ultra həmçinin 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Lakin bunun olacağı hələ dəqiq deyil.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Samsung Galaxy S24 Ultra-nın kamera göstəriciləri təqdim edilib
Samsung şirkəti gələn ilin əvvəlində Galaxy S24 smartfon seriyasını təqdim edəcək.

Sosial Media
Threads-ə paylaşımların redaktə edilməsi funksiyası əlavə edilib
Meta şirkətinin CEO-su Mark Zuckerberg, şirkətin X (keçmiş Twitter) analoqu olan Threads-ə paylaşımların redaktə edilməsi funksiyasının əlavə edildiyini anons edib.

Cihazlar+
iPhone 16 smartfonları barəsində məlumatlar verilib
iPhone 15 smartfonlarının yenicə satışa çıxmalarına baxmayaraq internetdə artıq iPhone 16 smartfon seriyası barəsində məlumatlar ortaya çıxmağa başlayıb.

Elm & Texnologiya
Apple bu həftə yeni iPad planşetlərini təqdim edə bilər
9to5mac saytının öz mənbələrinə istinadən vermiş olduğu məlumata əsasən Apple şirkəti bu həftə yeni iPad modellərini təqdim edəcək.

Cihazlar+
OnePlus 12-nin satış qiymətində artım olacaq
OnePlus 12 flaqman smartfonunun təqdimatı bu ilin sonuna gözlənilir.
Ən çox oxunanlar

Honor kompakt ölçülü smartfon üzərində çalışır
