
Xiaomi 14 Ultra-nın qlobal bazarda satılıb-satılmayacağı məlum olub
Xiaomi hər ilin sonunda ənənə üzrə yeni flaqman smartfon seriyasını təqdim edir. Keçən ilin sonunda Xiaomi 13 smartfon seriyası təqdim olundu. Bu ilin aprel ayında isə şirkət Xiaomi 13 Ultra smartfonunu təqdim etdi və müəyyən müddətdən sonra bu smartfon qlobal bazarda satışa çıxdı. İndi isə şirkət Xiaomi 14 smartfon seriyası üzərində çalışır. Təbii ki, gələn il Xiaomi 14 Ultra smartfonunun təqdimatı gözlənilir. Məlum olub ki, Xiaomi 14 Ultra modelinin iki versiyası IMEI məlumatlar bazasında ortaya çıxıb. Versiyalardan bri Çin bazarı, digəri isə qlobal bazar üçün nəzərdə tutulub. Beləliklə Xiaomi 14 Ultra-nın təkcə Çin bazarında deyil, həmçinin qlobal bazarda da satışa çıxacağı təsdiqlənib. Qeyd etmək lazımdır ki, Xiaomi 14 Ultra-nın Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər