
Xiaomi 14 Ultra-nın real fotoları ortaya çıxıb
Cihazlar+
08.01.2024
Emil
Xiaomi yaxın müddət ərzində Xiaomi 14 Ultra smartfonunu təqdim etməlidir. Onun təqdimatının mart ayının sonuna kimi baş tutacağı gözlənilir. Lakin artıq indi Xiaomi 14 Ultra-nın real fotoları ortaya çıxıb. Ortaya çıxmış real fotolarda smartfon xüsusi keysin daxilində əks olunub. Bu cür keys smartfon barəsində sızıntıların olmaması üçün nəzərdə tutulur. Real fotolardan görmək olar ki, Xiaomi 14 Ultra aktiv test mərhələsindədir. Bununla yanaşı fotolardan biri vasitəsilə arxa kamera elementlərini görmək olar. Xüsusi keysin arxa panelindəki girişlərdən belə qənaətə gəlmək olar ki, Xiaomi 14 Ultra 4 ədəd arxa kameraya, LED işıqlandırmaya, mikrofona, lazer avtofokusuna və müəyyən sensorlara sahib olacaq.



Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
