main-post-cover

    Xiaomi 14 Ultra-nın satış qiyməti açıqlanıb

    Cihazlar+
    12.02.2024
    Emil Nəcəfov
         Xiaomi şirkəti 25 fevral tarixində Xiaomi 14 smartfon seriyasının qlobal versiyasını təqdim edəcək. Gözləntilərə əsasən qlobal versiyada Xiaomi 14 Pro əvəzinə Xiaomi 14 Ultra təqdim ediləcək. İndi isə insayderlər Xiaomi 14 Ultra-nın hansı RAM və daxili yaddaş variantlarında satışa çıxacağı və hansı qiymətə satılacağı barəsində məlumatlar veriblər. Beləliklə insayderlər bildiriblər ki, Xiaomi 14 Ultra smartfonu 3 versiyada satılacaq. Birinci versiya 12 GB RAM-a və 256 GB yaddaşa, ikinci versiya 16 GB RAM-a və 512 GB yaddaşa, üçüncü versiya isə 16 GB RAM-a və 1 TB yaddaşa sahib olacaq. Məlumatda qeyd edilib ki, smartfonun qiyməti 1000$-dan start götürəcək. Lakin sözügedən satış qiyməti smartfonun Çin bazarında satılacaq versiyası üçün keçərlidir. Digər ölkələrdə smartfonun qiyməti böyük ehtimalla daha yüksək olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi Pad 6s Pro planşetinin fotosu ortaya çıxıb
    xiaomi-pad-6s-pro-plansetinin-fotosu-ortaya-cixib
    Xiaomi Civi 4-ün nə zaman satışa çıxacağı açıqlanıb
    xiaomi-civi-4-un-ne-zaman-satisa-cixacagi-aciqlanib
    Bu ayın sonunda təqdimatı gözlənilən Xiaomi 14 Ultra-nın texniki imkanları açıqlanıb
    bu-ayin-sonunda-teqdimati-gozlenilen-xiaomi-14-ultra-nin-texniki-imkanlari-aciqlanib
    Büdcəli Redmi A3-ün təqdimatı rəsmi şəkildə anons olunub
    budceli-redmi-a3-un-teqdimati-resmi-sekilde-anons-olunub
    Redmi G Pro adlı gaming monitor təqdim edilib - QİYMƏTİ
    redmi-g-pro-adli-gaming-monitor-teqdim-edilib-qiymeti