main-post-cover

    Xiaomi 14 Ultra-nın satış qiymətində artım olacaq

    Cihazlar+
    31.01.2024
    Emil Nəcəfov
         Digital Chat Station ləqəbli məşhur insayder hələ təqdim olunmamış Xiaomi 14 Ultra flaqman smartfonu barəsində məlumatlar verməyə davam edir. İnsayderin sözlərinə əsasən Xiaomi 14 Ultra smartfonu tamamilə sıfırdan emal edilmiş bir məhsul olacaq. Belə ki, o, Leica-nın yeni dördlü arxa kamera sistemini əldə edəcək və bu kamera sistemində gözlənilməz yeni unikal imkanlar reallaşdırılacaq.
          Məlumatda qeyd edilib ki, Xiaomi 14 Ultra-da rabitə imkanları, materiallar, batareyalar və s. kimi sahələrdə aparılmış tədqiqatların nəticələri tətbiq ediləcək. Burdan da belə qənaətə gəlmək olar ki, smartfon yeni gövdə materialını, rabitə imkanları üzrə yenilikləri (əsasən peyk rabitəsi dəstəyi) və s. əldə edə bilər. İnsayderin sözlərinə əsasən bütün bu yeniliklərin nəticəsində Xiaomi 14 Ultra-nın qiymətində artım olacaq və bu artımın 100$ təşkil edəcəyi gözlənilir. Qeyd etmək lazımdır ki, Xiaomi 13 Ultra-nın Çində qiyməti 873$-dan start götürürdü. Xiaomi 14 Ultra-ya gəldikdə isə onun yaxın aylar ərzində təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi 15 smartfon seriyasının bəzi özəllikləri açıqlanıb
    xiaomi-15-smartfon-seriyasinin-bezi-ozellikleri-aciqlanib
    Xiaomi Pad 7 Pro planşetinin əsas texniki göstəriciləri açıqlanıb
    xiaomi-pad-7-pro-plansetinin-esas-texniki-gostericileri-aciqlanib
    Xiaomi SU7 elektromobilinin qiyməti barəsində məlumatlar verilib
    xiaomi-su7-elektromobilinin-qiymeti-baresinde-melumatlar-verilib
    Xiaomi 14 Ultra-nın vacib texniki imkanlarından biri açıqlanıb
    xiaomi-14-ultra-nin-vacib-texniki-imkanlarindan-biri-aciqlanib
    Qatlana bilən Xiaomi Mix Fold 4 smartfonu barəsində yeni təfərrüatlar təqdim edilib
    qatlana-bilen-xiaomi-mix-fold-4-smartfonu-baresinde-yeni-teferruatlar-teqdim-edilib