
Xiaomi 14 Ultra-nın təqdimatı rəsmi şəkildə anons edilib
Cihazlar+
19.02.2024
Emil
Xiaomi şirkəti Xiaomi 14 Ultra-nın təqdimatını anons edib və rəsmi fotolarını təqdim edib. Beləliklə şirkətin vermiş olduğu rəsmi məlumata əsasən Xiaomi 14 Ultra smartfonu 22 fevral tarixində təqdim olunacaq. 25 fevral tarixində isə MWC 2024 sərgisi çərçivəsində onun qlobal versiyası təqdim ediləcək. Şirkət tərəfindən təqdim edilmiş fotolardan da görmək olar ki, Xiaomi 14 Ultra smartfonu xarici görünüşcə keçən ilki Xiaomi 13 Ultra-ya bənzəyəcək.

Xiaomi 13 Ultra-da da olduğu kimi Xiaomi 14 Ultra-nın arxa panelində böyük ölçülü dairəvi kamera sahəsi yerləşəcək. Smartfon üstəlik yastı ekranı əldə edəcək. Winfuture saytı bildirib ki, sözügedən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 3200x1440 piksel keyfiyyətli 6.73 düym AMOLED ekranla təchiz olunacaq və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Üstəlik Xiaomi 14 Ultra özündə 50 MP + 50 MP + 50 MP + 50 MP dördlü arxa kameranı və 5300 mAh enerji tutumlu batareyanı birləşdirəcək.


Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
