Xiaomi 14 Ultra-nın vacib texniki imkanlarından biri açıqlanıb
Cihazlar+
30.01.2024
Emil Nəcəfov
Xiaomi yaxın zamanda Xiaomi 14 Ultra flaqman smartfonunu təqdim etməlidir. Son zamanlarda sözügedən smartfon barəsində çıxan məlumatların ardı-arası kəsilmir. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder Xiaomi 14 Ultra-nın vacib texniki göstəricilərindən biri barəsində məlumat verib. Söhbət, smartfonun dəstəkləyəcəyi sürətli şarj texnologiyasının gücündən gedir. Beləliklə insayderin sözlərinə əsasən Xiaomi 14 Ultra smartfonu 80 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. Daha öncə isə güman olunurdu ki, smartfon 50 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək. Bununla yanaşı Xiaomi 14 Ultra-nın 2K keyfiyyətli ekran və 50 MP + 50 MP + 50 MP + 50 MP dördlü arxa kamera ilə təchiz olunacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Qatlana bilən Xiaomi Mix Fold 4 smartfonu barəsində yeni təfərrüatlar təqdim edilib
Qatlana bilən Xiaomi Mix Fold 4 smartfonu barəsində yeni təfərrüatlar təqdim edilib
Xiaomi şirkətinin bu il qatlana bilən Xiaomi Mix Fold 4 smartfonunu təqdim edəcəyi gözlənilir.
POCO F4 GT gaming smartfonu HyperOS-i əldə etməyə başlayıb
POCO F4 GT gaming smartfonu HyperOS-i əldə etməyə başlayıb
Xiaomi şirkəti qlobal bazardakı smartfonlarını HyperOS ilə təmin etməyə davam edir.
Xiaomi Pad 7 planşeti gözləniləndən daha böyük ölçülü ekranı əldə edə bilər
Xiaomi Pad 7 planşeti gözləniləndən daha böyük ölçülü ekranı əldə edə bilər
Hələ bir neçə müddət bundan öncə insayderlər Xiaomi Pad 7 Pro və Pad 7 Max planşetləri barəsində məlumatlar vermişdilər. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder adi Xiaomi Pad 7-nin bəzi texniki imkanlarını açıqlayıb.
Xiaomi 14 Ultra-nın ilk render fotoları təqdim edilib
Xiaomi 14 Ultra-nın ilk render fotoları təqdim edilib
Heç kim üçün sirr deyil ki, Xiaomi şirkəti yaxın aylar ərzində Xiaomi 14 Ultra flaqman smartfonunu təqdim edəcək.
Xiaomi Mix Flip nazik və yüngül gövdəni əldə edə bilər
Xiaomi Mix Flip nazik və yüngül gövdəni əldə edə bilər
Digital Chat Station ləqəbli məşhur insayder Xiaomi-nin yeni qatlana bilən smartfonu barəsində növbəti məlumatları təqdim edib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!