
Xiaomi 14 Ultra-nın yaxın zamanda təqdimatı təsdiqlənib
Cihazlar+
13.02.2024
Emil
Artıq məlumdur ki, Xiaomi şirkəti 25 fevral tarixində Xiaomi 14-ün qlobal versiyasını təqdim edəcək. Lakin güman olunur ki, təqdimat zamanı şirkət həmçinin Xiaomi 14 Ultra smartfonunu da təqdim edəcək. İndi isə bu fikir öz təsdiqini tapıb. Belə ki, Xiaomi-nin Almaniya üzrə şöbəsi Avropadakı istifadəçilər üçün Xiaomi 14 Ultra ilə birlikdə 200 avro dəyərində kuponun əldə edilməsini təklif edir. Kuponun əldə ediləcəyi halda ondan 25 fevral tarixindən 31 mart tarixinə kimi istifadə etmək mümkün olacaq. Şirkətin yeni smartfonlarının mart ayının əvvəlində satışa çıxacaqları gözlənilir. Son məlumat sızıntılarına əsasən Xiaomi 14 Ultra 120 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+ keyfiyyətli 6.73 düym AMOLED ekranla təchiz olunacaq, Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq, 50 MP + 50 MP + 50 MP + 50 MP dördlü arxa kameranı əldə edəcək və özündə 5300 mAh enerji tutumlu batareyanı birləşdirəcək.

Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
