
Xiaomi 14 Ultra Sony-nin yeni mobil kamerasını əldə edə bilər
Digital Chat Station ləqəbli məşhur insayder Xiaomi-nin gələcək flaqman smartfonu barəsində məlumatlar verib. Söhbət, Xiaomi 14 Ultra-dan gedir. Beləliklə insayderin sözlərinə əsasən Xiaomi 14 Ultra smartfonu 2K keyfiyyətli ekran və dördlü arxa kamera ilə təchiz olunacaq. Məlumatda qeyd edilib ki, əsas arxa kamera rolunda Sony-nin bir neçə müddət bundan öncə təqdim etmiş olduğu LYT900 adlı yeni kamerası çıxış edəcək. Qeyd etmək lazımdır ki, Sony LYT900 kamera sensoru Sony IMX989-un yaxşılaşdırılmış versiyasıdır. Sony IMX989 isə öz növbəsində Xiaomi 13 Ultra-da tətbiq edilir. Sony LYT900 şirkətin Lytia adlı yeni mobil kamera brendinə daxil olan yeni kamera sensorlarından biridir.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...