Logo
    main-post-cover

    Xiaomi 14-ün göstəriciləri, dizaynı və satış qiymətləri sızdırılıb

    Cihazlar+
    17.10.2023
    Emil
         İnternetdə Xiaomi 14-ün güman edilən reklam posteri ortaya çıxıb. Sözügedən poster hələ rəsmi şəkildə təqdim edilməyib. Ortaya çıxmış reklam posterində smartfonun texniki göstəriciləri, arxa panelinin dizaynı və satış qiymətləri əks olunublar. Gizmochina saytının verdiyi məlumata inansaq, Xiaomi 14 smartfon seriyası 27 oktyabr tarixində təqdim ediləcək. Ortaya çıxmış reklam posterindəki məlumatlara əsasən isə Xiaomi 14 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.44 düym AMOLED ekranla təchiz olunacaq.
         Ekranın maksimal parlaqlıq səviyyəsi 2800 nit təşkil edəcək. Smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə 16 GB-a kimi RAM-ı, 1 TB-a kimi daxili yaddaş həcmini və 90 vatt gücündə sürətli şarj texnologiyalı 4600 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Xiaomi 14 modeli həmçinin 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək. Məlumatda qeyd edilib ki, smartfon 50 MP + 50 MP + 50 MP üçlü arxa kameraya sahib olacaq. Xiaomi 14-ün satış qiymətləri isə aşağıdakı kimi olacaq.
    - 12 GB RAM + 256 GB yaddaş - 546$
    - 12 GB RAM + 512 GB yaddaş - 587$
    - 16 GB RAM + 512 GB yaddaş - 628$
    - 16 GB RAM + 1 TB yaddaş - 682$.
    Paylaş