
Xiaomi 14-ün hansı kameraları əldə edəcəyi açıqlanıb
Xiaomi bu ilin sonuna yaxın Xiaomi 14 smartfon seriyasını təqdim etməlidir. İndi isə Xiaomi 14 barəsində yeni məlumatlar ortaya çıxıb. Xiaomi dünən yeni qatlana bilən smartfonu Mix Fold 3-ü təqdim etdi. Bu yeni qatlana bilən smartfon özündə iki ədəd 10 MP-lik telekameranı birləşdirir. Bu cür kamera kombinasiyası həmçinin Xiaomi 14-də də reallaşdırıla bilər. Dünən təqdim edilmiş Mix Fold 3-də olan hər iki telekamera optik stabilizasiyaya sahibdir. Qeyd etmək lazımdır ki, telekameralardan biri periskopik optikaya sahibdir və onun diafraqma göstəricisi f/2.92 təşkil edir. Bunun sayəsində telekamera 5 qat zoom-u təmin edir. İkinci telekamerada isə periskopik optika mövcud deyil. Son məlumat sızıntılarına əsasən Xiaomi 14 smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq.
Paylaş
Bənzər xəbərlər