
Xiaomi 14-ün ilk tizer posteri təqdim edilib
Cihazlar+
19.10.2023
Emil
Xiaomi şirkəti hal hazırda Xiaomi 14 smartfon seriyasının təqdimatına hazırlaşır. Görünür, təqdimat artıq çox yaxındır. Belə ki, şirkət Çinin Weibo adlı sosial şəbəkəsindəki hesabında Xiaomi 14-ün ilk tizer posterini təqdim edib. Tizer posterinə əsasən Xiaomi 14 smartfonları artıq bu ay təqdim olunacaqlar. Lakin dəqiq təqdimat tarixi hələ məlum deyil. İnsayderlərin sözlərinə əsasən Xiaomi 14 smartfonları böyük ehtimal ilə 27 oktyabr tarixində təqdim olunacaqlar. Dünən həmçinin məlumat ortaya çıxdı ki, həm Xiaomi 14 həm də Xiaomi 14 Pro Leica şirkətinin tamamilə yeni kamera obyektivini əldə edəcəklər. Smartfonlar Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaqlar.

Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
