
Xiaomi 14-ün kamerası barəsində yeni məlumat ortaya çıxıb
Mobil Cihazlar
21.07.2023
Emil Noisy
Bu ilin sonuna yaxın Xiaomi şirkəti Xiaomi 14 smartfon seriyasını təqdim etməlidir. Mütəmadi şəkildə Xiaomi cihazları barəsində məlumatları təqdim edən Digital Chat Station ləqəbli məşhur insayder bu dəfə adi Xiaomi 14 barəsində yeni məlumatları bölüşüb. İnsayder bildirib ki, öz kompakt ölçüsü səbəbilə Xiaomi 14 modeli periskop kamera modulunu əldə etməyəcək. Onun yerinə şirkət smartfonu yenilənmiş telekamera ilə təchiz edəcək. İnsayderin sözlərinə əsasən söhbət, 3.2 qat optik zoom-a sahib Samsung JN1 adlı 50 MP-lik kamera obyektivindən gedir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Xiaomi 13-də eyni göstəricidə zoom-a sahib kamera obyektivi 10 MP təşkil edir. Bununla belə onun kamera sensorunun ölçüsü 1/3.75 düymdür və bu səbəbdən də rəqəmsal zoom zamanı təsvir keyfiyyəti aşağı düşür.
Linki kopyala
Həftənin xəbərləri

