
Xiaomi 14-ün qlobal versiyası hansı qiymətə satılacaq?
Cihazlar+
12.02.2024
Emil
Artıq məlumdur ki, Xiaomi şirkəti 25 fevral tarixində Xiaomi 14 smartfonunun qlobal versiyasını təqdim edəcək. İndi isə insayderlər Xiaomi 14-ün qlobal versiyasının Avropada hansı qiymətə satılacağı barəsində məlumatı təqdim ediblər. Beləliklə verilmiş məlumata əsasən Xiaomi 14-ün qlobal versiyasının sahib olacağı modellərdən biri də 12 GB RAM-a və 512 GB daxili yaddaş həcminə sahib model olacaq. Məlumata əsasən bu modelin qiyməti Avropa bazarında 1099 avro təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, Xiaomi 13-ün qlobal versiyasının 8 GB RAM-a və 256 GB daxili yaddaş həcminə sahib modeli vaxtı ikən 999 avro qiymətində satışa çıxmışdı.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
