
Xiaomi 14-ün qlobal versiyasının nə zaman təqdim olunacağı məlum olub
Xiaomi oktyabr ayının sonunda Xiaomi 14 smartfon seriyasını təqdim etmişdi. İndi isə şirkət bu smartfon seriyasının qlobal versiyasını təqdim etməyə hazırlaşır. İnsayderlərin vermiş olduqları məlumata əsasən Xiaomi 14-ün qlobal versiyası 27 fevral tarixində MWC 2024 sərgisi çərçivəsində təqdim ediləcək. Təqdimat çərçivəsində Xiaomi 14 ilə yanaşı Xiaomi 14 Pro-nun da qlobal versiyasının təqdim olunub-olunmayacağı bilinmir. Belə ki, son şayiələrə əsasən şirkət Xiaomi 14 Pro-nu qlobal bazarda satışa çıxartmağı planlaşdırmır.
Paylaş