Logo
    main-post-cover

    Xiaomi 14-ün rəsmi render fotoları təqdim edilib

    Cihazlar+
    24.10.2023
    Emil
         Xiaomi şirkəti 26 oktyabr tarixində baş tutacaq təqdimatı gözləmədən Çinin Weibo adlı sosial şəbəkəsindəki hesabında Xiaomi 14-ün fotolarını təqdim edib. Təqdim edilmiş fotolarda smartfon boz gövdə rəngində əks olunub. Fotolardan da görmək olar ki, smartfon yastı ekrana və ekran ətrafı nazik çərçivəyə sahib olacaq. Xiaomi 14-ün arxa panelinin yuxarı sol hissəsində isə kvadrat formalı kamera sahəsi yerləşəcək və onun daxilində 3 ədəd kamera obyektivi və LED işıqlandırma mövcud olacaq. Son məlumat sızıntılarına əsasən Xiaomi 14 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.36 düym OLED ekranla təchiz olunacaq və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Smartfonun özündə 50 MP + 50 MP + 50 MP üçlü arxa kameranı birləşdirəcəyi gözlənilir.
    Paylaş