
Xiaomi 14-ün sxematik fotosu təqdim edilib
Digital Chat Station ləqəbli məşhur insayder hələ təqdim edilməmiş Xiaomi 14-ün sxematik fotosunu sərgiləyib. Sxematik fotodan belə qənaətə gəlmək olar ki, Xiaomi 14 xarici görünüşcə Xiaomi 13-ə bənzəyəcək. Əgər sərgilənmiş foto həqiqəti əks etdirirsə, deməli Xiaomi 14 ekran ətrafı nazik və simmetrik çərçivələri əldə edəcək. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşəcək. Smartfonun arxa kamera sahəsinin dizaynı da Xiaomi 13-ün arxa kamera sahəsinin dizaynına bənzəyir. Xiaomi 14 smartfon seriyasının noyabr və ya dekabr ayında təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər