
Xiaomi 14-ün təqdimatı rəsmi şəkildə elan edilib
Cihazlar+
23.10.2023
Emil
Xiaomi şirkəti uzun aylar ərzində olmuş məlumat sızıntılarından sonra sonunda Xiaomi 14 smartfon seriyasının təqdim olunacağı tarixi rəsmi şəkildə elan edib. Beləliklə şirkətin rəsmi elanına əsasən Xiaomi 14 smartfon seriyası 26 oktyabr tarixində təqdim ediləcək. Qeyd etmək lazımdır ki, sözügedən seriyaya iki model olacaq. Xiaomi 14 və Xiaomi 14 Pro. Sözügedən smartfonlar Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışmalı və özlərində üçlü arxa kamera ilə 120 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirməlidirlər.

Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
