main-post-cover

    Xiaomi 14 və Xiaomi 14 Pro barəsində yeni məlumatlar ortaya çıxıb

    Cihazlar+
    09.06.2023
    Emil Nəcəfov
        Xiaomi-nin flaqman smartfonlarını müxtəlif səbəblərə görə tənqid etmək olar. Yalnız elə səbəblər var ki, onlar demək olar bütün istifadəçilərdə qıcıq yaradırlar. Buna misal olaraq məlumatların ötürülməsi üçün nəzərdə tutulmuş köhnə USB 2.0 protokolunu gətirmək olar. Xiaomi sözügedən protokolu hətta Xiaomi 13 Pro kimi flaqman smartfonlarına belə inteqrasiya etməyə davam edir. Tənqidlərin ortaya çıxmasına gətirib çıxaran digər səbəblərdən biri də 4K keyfiyyətində videoların çəkilməsi imkanına sahib olmayan ön kameralardır.
        Görünür, yaxın zamanda şirkət bu iki mənfi halı aradan qaldıracaq. Belə ki, ortaya çıxmış yeni məlumata əsasən Xiaomi 14 Xiaomi 14 Pro flaqman smartfonları USB 3.2 Gen 1 protokoluna keçid edəcəklər. Qeyd etmək lazımdır ki, şirkət ilk dəfə bu protokolu aprel ayında təqdim edilmiş Xiaomi 13 Ultra smartfonunda reallaşdırdı. Bundan əlavə olaraq ortaya çıxmış məlumatda qeyd edilib ki, Xiaomi 14 ilə Xiaomi 14 Pro-nun ön kamerası 4K keyfiyyətində videolar çəkə biləcək. Əlavə olaraq qeyd edilib ki, Xiaomi 13 Pro smartfonu USB 2.0 protokolunu əldə etmiş son Xiaomi smartfonu olub.
    Linki kopyala