main-post-cover

    Xiaomi 14 və Xiaomi 14 Pro təqdim olundu - QİYMƏTİ

    Cihazlar+
    26.10.2023
    Emil Nəcəfov
         Xiaomi şirkəti Çində keçirilmiş təqdimat tədbiri çərçivəsində Xiaomi 14 smartfon seriyasını təqdim edib. Bu flaqman smartfon seriyasına iki model daxil olub. Xiaomi 14 Xiaomi 14 Pro. Sözügedən smartfonlar xarici görünüşcə bir-birilərinə bənzəsələr də, bəzi texniki özəlliklər baxımından fərqlənirlər. İlk öncə adi Xiaomi 14-dən başlayaq. Keçən ilki adi Xiaomi 13 ilə müqayisədə Xiaomi 14 çoxlu sayda yenilik əldə edib. İlk növbədə qeyd etmək lazımdır ki, Xiaomi 14 öz ekranı ilə digər smartfonlardan seçilir. Belə ki, Xiaomi 14 hal hazırda mobil bazarda ən nazik ekran ətrafı çərçivələrə sahibdir.
         Belə ki, onun ekranının yuxarı və kənar hissələrindəki çərçivələrin qalınlıqları 1.61 mm, aşağı çərçivəsinin qalınlığı isə 1.71 mm təşkil edir. Smartfon 1 Hz-dən 120 Hz-ə kimi təsvirin adaptiv yenilənməsi özəlliyinə sahib 2670x1200 piksel keyfiyyətli 6.36 düym OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 3000 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunur və özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiricilər ilə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir.
         Əsas texniki göstəricilərə gəldikdə, Xiaomi 14 Snapdragon 8 Gen 3 prosessoru, 8/12/16 GB RAM, 256/512 GB/1 TB daxili yaddaş həcmi, 50 MP (f/1.6 diafraqma, optik stabilizasiya) + 50 MP (f/2.2 diafraqma, 115 dərəcə bucaq əhatəsi) + 50 MP (f/2.0 diafraqma, 3.2 qat optik zoom, optik stabilizasiya, 10 mm-lik makro çəkiliş) üçlü arxa kamera, 32 MP-lik ön kamera və 90 vatt gücündə sürətli şarj texnologiyalı 4610 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon üstəlik 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Xiaomi 14 HyperOS vasitəsilə çalışır.
         Xiaomi 14 Pro-ya gəldikdə isə o, adi Xiaomi 14-dən çox az fərqlənir. Pro model adi versiyadan ekran ölçüsü, əsas kameranın diafraqması, RAM yaddaşı, batareya həcmi və dəstəklənən sürətli şarj texnologiyasının gücü baxımından fərqlənir. Beləliklə Xiaomi 14 Pro modeli 1 Hz-dən 120 Hz-ə kimi təsvirin adaptiv yenilənməsi özəlliyinə sahib 2K keyfiyyətli 6.73 düym OLED ekranla təchiz olunub. Ekranın yerdə qalan bütün özəllikləri adi Xiaomi 14-ün ekran özəllikləri ilə eynidir. Bəzi istisnalar olmaqla eynisini texniki göstəricilər barəsində də demək olar. Adi Xiaomi 14-ün əsas arxa kamerası f/1.6 diafraqmaya sahib olduğu halda Xiaomi 14 Pro-nun əsas arxa kamerası f/1.42 - f/4.0 dəyişkən diafraqmaya sahibdir.
         Pro modelin 8 GB RAM-a sahib versiyası yoxdur. O, 12/16 GB RAM versiyalarında təqdim edilir. Üstəlik Xiaomi 14 Pro 120 vatt gücündə sürətli şarj texnologiyalı 4880 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Onu da qeyd etmək lazımdır ki, Xiaomi 14 Pro-nun 16 GB RAM-a və 1 TB yaddaşa sahib modeli həmçinin iPhone 15 Pro modellərində olduğu kimi gövdə ətrafı titan çərçivəyə sahib versiyada da təqdim edilib. Yerdə qalan bütün texniki göstəricilər baxımından Xiaomi 14 Pro modeli adi Xiaomi 14-ün kopyasıdır. Xiaomi 14 smartfonları yaxın zamanda Çin bazarında satışa çıxacaqlar. Onların qlobal versiyalarının gələn ilin əvvəlində təqdim olunacaqları gözlənilir. Çin bazarında isə yeni smartfonların satış qiymətləri aşağıdakı kimi olacaq.
    - 8 GB RAM-a və 256 GB yaddaşa sahib Xiaomi 14 - 546$
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib Xiaomi 14 - 587$
    - 16 GB RAM-a və 512 GB yaddaşa sahib Xiaomi 14 - 628$
    - 16 GB RAM-a və 1 TB yaddaşa sahib Xiaomi 14 - 683$
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib Xiaomi 14 Pro - 683$
    - 16 GB RAM-a və 512 GB yaddaşa sahib Xiaomi 14 Pro - 752$
    - 16 GB RAM-a və 1 TB yaddaşa sahib Xiaomi 14 Pro - 820$
    - 16 GB RAM-a, 1 TB yaddaşa və gövdə ətrafı titan çərçivəyə sahib Xiaomi 14 Pro - 888$
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdimata saatlar qalmış Xiaomi 14 smartfonlarının satış qiymətləri ortaya çıxıb
    teqdimata-saatlar-qalmis-xiaomi-14-smartfonlarinin-satis-qiymetleri-ortaya-cixib
    Büdcəli Redmi 13C smartfonunun real fotoları və bəzi məlumatları ortaya çıxıb
    budceli-redmi-13c-smartfonunun-real-fotolari-ve-bezi-melumatlari-ortaya-cixib
    Dəstəkləri dayandırılmış Xiaomi Mi 10 smartfonları HyperOS-i əldə edəcəklər
    destekleri-dayandirilmis-xiaomi-mi-10-smartfonlari-hyperos-i-elde-edecekler
    Xiaomi 14 ekran ətraf çərçivələrinin qalınlıqları mövzusunda iPhone 15 Pro-nu geridə qoyacaq
    xiaomi-14-ekran-etraf-cercivelerinin-qalinliqlari-movzusunda-iphone-15-pro-nu-geride-qoyacaq
    HyperOS-in tərkibində Android kodu düşünüldüyündən daha azdır
    hyperos-in-terkibinde-android-kodu-dusunulduyunden-daha-azdir