main-post-cover

    Xiaomi 14T ilə Xiaomi 14T Pro arasındakı dizayn fərqi sərgilənib

    Cihazlar+
    12.09.2024
    Emil Nəcəfov
         Təqdimata hazırlaşan Xiaomi 14T Xiaomi 14T Pro smartfonlarının real fotoları internetdə ortaya çıxıb. Ortaya çıxmış fotolar bu smartfonlar barəsində olan videodan götürülüb. Fotolarda adi Xiaomi 14T ilə Xiaomi 14T Pro arasında dizayn fərqini görmək olar. Məsələ burasındadır ki, qara rəngli gövdəyə sahib adi Xiaomi 14T modeli yastı gövdə dizaynını əldə edəcək. Xiaomi 14T Pro modelinə gəldikdə isə o, kənarları bir qədər əyilmiş gövdə dizaynına sahib olacaq.
         Bununla belə hər iki modelin arxasında kvadrat formalı kamera sahəsi yerləşəcək. Son məlumat sızıntılarına əsasən hər iki smartfon 144 Hz-lik təsvir yenilənməsinə sahib 6.67 düym ölçülü AMOLED ekranı əldə edəcək. Adi Xiaomi 14T modelinin MediaTek Dimensity 8300 Ultra prosessoru, Xiaomi 14T Pro modelinin isə Dimensity 9300+ prosessoru vasitəsilə çalışacağı gözlənilir. Sözügedən smartfonlar artıq bu ayın sonunda təqdim oluna bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qlobal bazarda Xiaomi Gaming Monitor G24i monitoru təqdim edilib
    qlobal-bazarda-xiaomi-gaming-monitor-g24i-monitoru-teqdim-edilib
    iPhone 16, Galaxy S24 və Xiaomi 14: Hansı kompakt model daha yaxşıdır?
    iphone-16-galaxy-s24-ve-xiaomi-14-hansi-kompakt-model-daha-yaxsidir
    Redmi Note 14 seriyası barəsində bir rəsmi məlumat verilib
    redmi-note-14-seriyasi-baresinde-bir-resmi-melumat-verilib
    Qlobal bazarda Xiaomi MiniLED G Pro 27i gaming monitoru təqdim edilib - QİYMƏTİ
    qlobal-bazarda-xiaomi-miniled-g-pro-27i-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Xiaomi 14T smartfonlarının nə zaman təqdim olunacaqları ortaya çıxıb
    xiaomi-14t-smartfonlarinin-ne-zaman-teqdim-olunacaqlari-ortaya-cixib