
Xiaomi 14T Pro barəsində məlumatlar verilib
Cihazlar+
16.04.2024
Farid
Xiaomi şirkəti hər il Xiaomi T smartfon seriyasını təqdim edir. Bu il də istisna olmamalıdır. Məlumata əsasən şirkət artıq Xiaomi 14T smartfon seriyası üzərində çalışır. İnsayderlər bildiriblər ki, bu seriyaya iki model daxil olacaq. Adi Xiaomi 14T və Xiaomi 14T Pro. HyperOS-in kodunda aşkar edilmiş məlumatlara əsasən Xiaomi 14T Pro modeli MediaTek Dimensity 9300 prosessoru vasitəsilə çalışacaq və özündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyini birləşdirəcək. Bununla yanaşı sözügedən model teleobyektivi və Leica şirkətinin kameralarını əldə edəcək. Adi Xiaomi 14T modeli barəsində isə hələ heç bir məlumat yoxdur. Qeyd etmək lazımdır ki, Xiaomi 14T smartfon seriyası sentyabr ayında təqdim oluna bilər.
Paylaş
Ən çox oxunanlar

Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
