Logo
    main-post-cover

    Xiaomi 14T Pro-nun kameraları barəsində məlumatlar ortaya çıxıb

    Cihazlar+
    23.07.2024
    Emil
         Xiaomi şirkəti aktiv şəkildə Xiaomi 14T smartfon seriyasının təqdimatına hazırlaşır. Gözləntilərə əsasən bu seriyaya minimum iki model daxil olacaq. Xiaomi 14T və Xiaomi 14T Pro. İndi isə Xiaomi 14T Pro-nun kameraları barəsində məlumatlar ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən Xiaomi 14T Pro smartfonunun əsas arxa kamerası Omnivision OV50H kamera sensorundan təşkil ediləcək.
       Bununla yanaşı smartfon Samsung SK5JN1 adlı kamera sensorundan təşkil edilmiş 50 MP-lik telekameranı və Omnivision OV13BUltra adlı kamera sensorundan təşkil edilmiş 13 MP-lik ultra geniş bucaqlı kameranı əldə edəcək. Məlumatda qeyd edilib ki, Xiaomi 14T Pro-nun ön kamerası isə Samsung S5KKD1 adlı kamera sensorundan təşkil ediləcək. Gözləntilərə əsasən Xiaomi 14T Pro smartfonu MediaTek Dimensity 9300+ prosessoru vasitəsilə çalışacaq. Xiaomi 14T smartfon seriyası ya avqustda ya da sentyabrda təqdim oluna bilər.
    Paylaş